IQNA

Video | Lahorda İranlı və Misirli qarilərin Quranla üns məclisi

Lahordakı "Ürvətül-Vüsqa" elmi hövzəsinin dəvəti ilə İranlı və Misirli qarilər, Quranla üns mərasimində iştirak edib və Qurandan ayələr oxuyublar.

Qurani KərimİQNA, Pakistandan xəbər verir ki, Quranla üns mərasimi, noyabrın 4-də İrandan olan beynəlxalq qari Kərim Mənsurinin və iki misirli gənc qari Şeyx Mahmud Kamalun-Nəccar və Süleyman Əş-Şahabın iştirakı ilə Lahordakı Beytul-Ətiq məscidində keçirilib. Bu mərasimdə Quransevərlər, "Ürvətül-Vüsqa" elmi hövzəsinin üzvləri və məsulları iştirak ediblər.

Mərasimdə tanınmış sünni din xadimi və Pakistanın Hədis Cəmiyyətinin rəhbəri Əllamə Seyyid Ziyaullah Şah Buxari, tədbirdə iştirak edən qariləri səmimiyyətlə salamlayaraq, Qurana diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Bu proqram məğrib və işa namazlarından sonra icra olunub. Kərim Mənsuri, orada Kumeyl duasını da oxuyub.

kod
 

4010785